Monsada Cankarlo Fizikella Ferrari-nin sükanı arxasında debüt edəcək, Skuderiyada çıxış edən sürücüdən həmişə çox şey gözləyirlər, amma italiyalı sürücü pressinq barədə düşünmür…
Cankarlo Fizikella: “Pressinq var, amma mən birinci ötürməni keçirən kimi o yox olacaq. Bu uik-endə məndə KERS və tiffozilər olacaq, mənimlə Rob Smedli işləyəcək, mən onunla hələ Jordan-dan tanışam, həm də Monsa naməlum maşının süanı araxsında əla debüt yeridir. Düz uzun yolda qərar qəbul etməzdən əvvəl düşünmək olar.
Əgər mən yaxşı nəticə göstərsəm onu Massaya həsr edəcəm. Müqavilə bağladıqdan sonra mən Felipeyə zəng etdim və dedim ki, “bu sənin maşınındır, nə vaxt istəsən özünə qaytara bilərsən”, o isə mənə uğur arzuladı.”