Çeyz Kerinin açıqlaması

F-1.az bildirir ki, Fransan Qran Prisinin ləğv olunmasının, Britaniya Qran Prisinin isə boş tribunalar önündə baş tutacağı dəqiqləşdikdən sonra Liberty Media-nın rəhbərinin rəsmi açıqlaması yayımlanıb.

Çeyz Keri: “Bu gün səhər Fransa Qran Prisinin bu il baş tutmayacağının açıqlanmasına rəğmən, mövsümə yayda başlamaq planımızı reallaşdıracağımıza əminik. Biz iyuldan sentyabrın əvvəlinə qədər Avropadakı yarışları keçirməyi düşünürük. Sentyabr, oktyabr və noyabr aylarında Avrasiya, Asiya və Amerikadakı yarışlarla davam edəcəyik, dekabrda isə Bəhreyn və Əbu Dabi Qran Priləri ilə mövsümü başa vuracağıq.

Yekun təqvimi ən qısa zamanda yayımlayacağıq. İlk yarışları azarkeşsiz keçirməyi planlaşdırmışıq, lakin ümid edirəm ki, sonrakı yarışlarda onları tribunalarda görə biləcəyik. İştirakçıların yarışların keçiriləcəyi ölkələrə gedərək orada çalışmaları üçün bir çox prosedur qaydalarının qəbul edilməsi və problemlərin həll edilməsi tələb olunur. Onların sağlamlığı ən vacib məsələ olaraq qalır.

FİA, komandalar və promuterlər və digər əhəmiyyətli tərəfdaşlar bu dövr ərzində bizimlə çalışırlar. Son dərəcə çətin bir zamanda dəstəkləri və səylərinə görə onlara təşəkkür etmək istəyirəm. Komandaların bir yandan bizi dəstəklədiklərini, digər tərəfdən isə pandemiya ilə mübarizəyə tibbi avadanlıqlar hazırlayaraq köməkliklərini göstərdiklərini vurğulamaq vacibdir.

Bu dövrdə 2020-ci il mövsümü ilə bağlı planlarımızı nəzərədn keçirdik, Formula1-in uzunmüddətli gələcəyini təmin etmək üçün  həm idman və texniki reqlamentə, həm də maliyə qaydalarına dəyişikliklər barədə FİA və komandalarla müzakirələr apardıq. Aydın məsələdir ki, indiki planlaırmız da dəyişə bilər – bir çox problem öz həllini gözləyir və virusun nəticələrini proqnozlaşdırmaq olmur. Hamımız alışdığımız və sevdiyimiz yaşayış tərzimizə qayıtmaq istəyirik, lakin bunu ən təhlükəsiz şəkildə etməliyik. Azarkeşlərimizə Formula1-i ailələri, dostları və sevdikləri ilə paylaşmasına töhfə verməyi səbirsizliklə gözləyirik.

Hörmətlə, Çeyz”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*