F-1.az xatırladır ki, konfransda qəbul olunan əsas qərar yeni reqlamentin 2021-ci ildən deyil, cari şəraiti nəzərə alamqla 2022-ci ildən tətbiqidir. Formula1-in icraçı direktoru Çeyz Keri bu dəfə komandaların vahid mövqedən çıxış etmələrindən məmnun qalıb…
Çeyz Keri: “Hazırda qeyri-sabit maliyyə vəziyyətinə görə, komandaların 2021-ci il mövsümündə elə builki maşınlardan istifadə etmələri razılaşdırılıb. Mümkün olan digər komponentlərin “dondurulması” məsələsi hələ müzakirə olunmaqdadır.
Dünyadakı vəziyyət normallaşan kimi biz yarışlara qayıtmaq istəyirik, hələlik isə komandaların yekdil mövqeyinə görə onlara təşəkkür edirəm. Hazırda hamı tezliklə mövsümə başlamağı səbirsizliklə gözləyir…”