Ceyms Vovlz: Kolapinto Formula1-ə layiqdir

Franko Kolapintonun Formula1-də cəmi üç ilk yarışı kifayət edib ki, Williams Sürücü Akademiyasının dinləyicisi onun istedadına və peşəkar yetkinliyinə komanda başçısı Ceyms Vovlzda tam əminlik yaransın.

F-1.az xəbər verir ki, Kolapinto mövsümün ortasında açıq-aşkar zəif çıxış edən Loqan Sarcenti əvəz etmək üçün dəvət olunub və komanda bununla xüsusi risk etməyib. Əgər yeni sürücünün işləri yaxşı getməsə, bu başa düşülən və qismən bağışlanan olardı, xüsusən də amerikalı sürücü 30-dan çox Qran Pri təcrübəsinə baxmayaraq, cari mövsümdə xal qazana bilməyib.

Lakin 21 yaşlı argentinalı sürücü, demək olar ki, dərhal layiqli təəssürat yaradıb, artıq ikinci Qran Prisində xal qazanıb: Franko mürəkkəb şəhər trasında – Bakıda 8-ci yeri tutub.

“Biz gözləmirdik ki, o, lazımi sürəti bu qədər tez yığacaq – mən düşünürdüm ki, bunun üçün ona bir neçə yarış lazım olacaq və biz Amerikaya getməzdən əvvəl buna nail olacaq, – deyə Vovlz Beyond the Grid podkastında iştirak edərkən fikirlərini bölüşüb. – Onun güclü keyfiyyətləri bütün bu təzyiqə dözməsində, üzərinə tökülən minlərlə müxtəlif işlərin öhdəsindən gəlməsində və sadəcə bunu edərkən sakitliyini qorumasında özünü göstərir. O, heç vaxt xüsusilə narahat olmur, təşvişə düşmür və elə təəssürat yaranır ki, həmişə yüklərin öhdəsindən gəlir. Sanki deyir: “Mənə daha çox verin və məndən də daha çox əks-səda olacaq”.

Komanda rəhbərindən soruşanda ki, əgər Karlos Sayns hələ də Williams-ın təklifini qəbul etməsəydi, komanda 2025-ci il üçün Kolapintonun namizədliyini ciddi nəzərdən keçirərdimi, o belə cavab verib: “Bu, birbaşa cavab verə biləcəyim sual deyil, amma indi izah edəcəyəm niyə. Karlos təkcə yarış maşınını sürətlə sürməyi bacarmır, həm də komandanın lideri olmaq və onu irəli aparmaq qabiliyyətinə malikdir… Şübhə yoxdur ki, Franko bizə lazım olan nəticələri göstərir və hələlik maşından bacardığı hər şeyi sıxmağa çalışır. Amma etiraf etmək lazımdır ki, hər iki sürücünün öz üstünlükləri və çatışmazlıqları var. Eyni zamanda, dəqiq deyə bilərəm ki, Franko Formula1-də olmağa layiqdir.

Hər şeydən əvvəl, bunun üçün onun bütün zəruri keyfiyyətləri var və biz müəyyən səylər göstərməliyik ki, onları tətbiq edək. Sauber və Visa RB-də (2025-ci ildə qalan vakansiyalarla bağlı) qərar qəbuletmə prosesinin hansı mərhələdə olduğunu dəqiq deyə bilmərəm. Amma bunu bilirəm: 12 ay əvvəl hadisələrin necə inkişaf edəcəyini və nə baş verəcəyini proqnozlaşdıra bilərdikmi? Şəxsən mən bacarmırdım.

Məğzi budur ki, Franko – məncə, əgər 2025-ci ilə müqavilə almasa – çempionatın istənilən komandası üçün optimal seçim olaraq qalacaq. O cümlədən, bizim üçün də, çünki mən hadisələrin necə inkişaf edəcəyini proqnozlaşdıra bilmirəm. Buna görə də bizim məsuliyyətimiz ondadır ki, ona testlərdə, tarixi maşınları idarə etməkdə iştirak etmək imkanı verək, əməkdaşlığımızın tam dəyərli olmasını təmin edək. Bunun üçün maksimum düzgün şərait yaratmalıyıq ki, o, təqdim olunan hər hansı imkandan istifadə etməyə hazır olsun…

Vacibdir ki, mən ona inandım, Franko da öz növbəsində mənə etibar edir və bunun bizim təşkilat üçün nəhəng əhəmiyyəti var. İndi əsas məqam onun Formula1-in peşəkar sürücüsü kimi irəliləməsinə kömək etmək üsulunu tapmaqdan ibarətdir.”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*