Ceyms Ki: İnanmayın ki, cərimə Red Bull-u zəiflədəcək

Ötən il Red Bull maliyyə qaydalarını pozduğuna görə 7 milyon dollar cərimə olunmuş və komanda aerodinamik boruda iş vaxtının 10%-dən məhrum edilmişdi.

F-1.az xəbər verir ki, Red Bull Mehədnislər Çempionatını qazandığından, onların aerodinamik boruda rəqiblərinə nisbətən daha az işləmək vaxtı var – nəticədə komanda əsas sınaq həcminin yalnız 63%-ni, Ferrari üçün isə 75%-ni sərf edəcək.

McLaren-in texniki direktoru Ceyms Ki hesab edir ki, bu, ən güclü komandaya az təsir edəcək…

Ceyms Ki: “Düşünürəm ki, hər kəs öz prioritetlərini daha diqqətlə seçməli olacaq. Hər il qaydalar aerodinamik boruda vaxtı getdikcə daha çox məhdudlaşdırır, komandalar uyğunlaşır, öz təcrübələrinə güvənərək, bu məhdudiyyətlər altında maksimum effekt əldə etməyə çalışırlar.

Aerodinamik boruda vaxt itirmək istənilən komandaya mənfi təsir göstərəcək, amma real həyatda keçən il artıq etdiyiniz araşdırmalara vaxt itirmirsiniz. Siz sadəcə olaraq zəif tərəflərinizi bağlamağa çalışırsınız, proqram seçimində daha dəqiqsiniz, ona görə də radikal nəticələr gözləməməlisiniz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*