F-1.az xəbər verir ki, britaniyalı sürücünün zəngin avtoidman karyerası ilə yanaşı (o, Formula Ford, Formula 4, British Touring Car və W Series çempionatlarında yarışıb) “Forsaj Live” və “Ölmək vaxtı deyil” filmlərində kaskadyorluq təcrübəsi də var.
Komandanın səfiri kimi Jessika Aston Martin-in tədbirlərində, o cümlədən Qran Pri zamanı tərəfdaşlar və sponsorlarla ünsiyyət qurur. Əlbəttə, Jessika bir gün Formula1-də maşın sürməyi xəyal edir və bu yaxınlarda Aston Martin ona simulyator üzərində işləmək imkanı verib.
Daha ətraflı videosüjetdə: