Mixael Şumaxerin Meribel dağ-xizək kurortunda yaşadığı insidenti araşdıran Fransa prokurorluğu bu həftə jurnalistləri toplamaqla rəsmi bəyanat vermək fikrindədir.
AFP xəbər agentliyinin verdiyi xəbərə görə, mətbuat konfransı yanvarın 8-də yerli vaxtla saat 11:00-da (Bakı vaxtılə saat 14:00) Albervil şəhərinin ədliyyə sarayında təşkil olunacaq.