Censon Batton – yeddidən altı!

Türkiyə Qran Prisində qalib gələn Censon Batton mövsümün ilk yeddi yarışında altıncı qələbəsini qazanıb. Formula1 tarixində əvvəllər belə bir qəhrəmanlığa […]

Türkiyə Qran Prisində qalib gələn Censon Batton mövsümün ilk yeddi yarışında altıncı qələbəsini qazanıb. Formula1 tarixində əvvəllər belə bir qəhrəmanlığa Cim Klark və Mixael Şumaher imza atıblar…

Censon Batton: “Maşın hələ belə yaxşı olmamışdı, biz bu yarışa kimi də sürətli idik, amma bəzən balans ideal olmurdu, mənim stilimə cavab vermirdi, amma bu gün maşın özünü əla aparırdı! Bu həm də onunla izah olunur ki, İstanbul trası bizim maşına daha çox uyğun gəlir, asfalt kifayət qədər rezinlə örtülmüşdü – bunun da bizə xeyri oldu. Mən istəyirdim ki, mənimlə podiuma mənim bütün mexanik və mühəndislərim qalxsınlar – onlar buna layiqdirlər.

Yarışın ortasına yaxın Fettel məni haqlayanda mən narahat olmadım: biz bilirdik ki, o əlavə pit-stopa getməlidir. Amma yaxşı hisslər deyil, sən bilirsən ki, yanacağın daha çoxdur, rəqibin isə hər dövrədə sənə bir saniyə yaxınlaşır. Mən stabil olmağa çalışdım, başa düşürdüm ki, əgər Sebastyan lap mənə çata bilsə belə, məni keçmək asan olmayacaq, ona görə də bəzi döngələrdə sürətimi azaldırdım ki, sonra daha effektlə sürət yığım.

Amma yarış maraqlı alındı, əvvəl bəzi yarışlarda, xüsusən də Bəhreyn və Malayziyada Red Bull sürətdə bizə uduzmurdu, amma bu gün biz bir addım irəlidə idik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*