F-1.az xatırladır ki, 2009-cu ilin dünya çempionu art;q bir neçə ildir Williams Racing brendinin rəsmi elçisidir.
Censon Button: “Biz Red Bull-un bolidini görmədik, çünki onlar əslində keçənilki maşını göstərdilər. Onlar həmişə sürətli avtomobillər hazırlayıblar, ona görə də onların rəqabətədavamlı olacağını düşünürəm.
Ferrari maşını əla görünür. Aydındır ki, onlar ötən il problemlə üzləşdikləri və müəyyən risklər götürdükləri sahələr üzərində işləmişlər. Hər halda, onların bolidi yaxşı görünür.
Ən gözəl maşın, məncə, Mercedes-də alınıb. Bəlkə də yan pontonların formasını dəyişəcəklər. Qışda bunu etməmələri bir qədər təəccüblüdür, lakin görünür, bu həlli ilk yarışlar üçün uyğun hesab edirlər.
Birinci yerlər üçün mübarizə aparmağı səbirsizliklə gözləyirəm. Hamımız ümid edirik ki, eyni vaxtda üç komanda çempionluq uğrunda mübarizə aparacaq. Düşünürəm ki, yeni mövsümün gedişində nə vaxtsa belə olacaq.