C.Batton niyə yarışı dayandırıb?

Honda Motorsportun rəhbəri Yusuke Haseqava bildirib ki, Censon Battonun şənbə günü mühərrikdən eşitdiyi qəribə səslər onun yarışı dayandırma səbəbi ola bilər.

F-1.az xəbər verir ki, Honda komandası Battonun mühərriyindəki problemi araşdırır.

Yusuke Haseqava bildirib ki, problemin nə olduğunu öyrənmək üçün mütləq zavoda qayıdıb işləməlidirlər: “Belə görünür ki, problem güc qurğusu ilə əlaqədardır.

Censon bizə bolidin güc itirdiyini və qəribə səs gəldiyini dedi. Sonra da bolidi saxladı. Mexaniki problem ola bilər. Hələ tam bilmirik”.

Haseqava bildirib ki, Batton sıralanma turundan sonra mühərrikdən bəzi səslər eşitdiyini deyib. Ancaq həmin gecə aparılan analizdən sonra heç bir problem tapılmayıb: “Censon şənbə günü güc qurğusundan səs gəldiyini demişdi. Ancaq biz telemetriyada heç bir problem görmədik. Bəlkə də problemin əmələ gəlmə səbəbi bu idi”.

Honda indiyə qədər etibarlılıq problemi yaşamasa da, Haseqava bildirib ki, onlar etibarlılıq problemini həll edəcəklər: Sözün düzü, bəzi sahələrə görə narahatam. Ancaq mövsümöncəsi ikinci testlərdən sonra bu cür problemlə qarşılaşmamışıq. Bu təəccüblü deyil, amma bəxtimiz gətirmədi və bu utancverici oldu”.

Battonun yarışı dayandırmasına baxmayaraq, Honda Bəhreyndəki sıralanma tempi ilə və Vandornun aldığı xalla inkişaf etdiyini göstərdi.

Haseqava Bəhreyn yarışını dəyərləndirib: “Yerimizdən elə də razı deyiləm. Amma biz göstərdik ki, keçən ilə nisbətən inkişaf etmişik. Biz hər şeyi bir yerə gətirə bilsək, çoxlu xallar qazana bilərik. Biz bunu sübut etdik və bu çox yaxşı haldır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*