F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, iclasda yeni qərar qəbul olunmasa da, tərəflər qaydaların sadələşdirilməsi və tətbiqində stabillik istiqamətində razılıq əldə ediblər.
İclasda FİA-nın və altı komandanın Mercedes AMG, Red Bull, Ferrari, Williams, McLaren və Force İndia-nın nümayəndələri ilə birlikdə FOM tərəfindən Berni Ekklstounla yanaşı Formula1-in direktorlar şurasının sədri Çeyz Keri də iştirak edib.
Təkliflərdən biri – bütün yarışlara eyni bir stüardın dəvət olunmasıdır. Həmin stüard bütün Qran Prilərdə qərarların qəbul olunması prosesində iştirak etməlidir ki, hər dəfə qaydalar eyni dərəcədə tətbiq olunsun. Cərimələrin tətbiqi proseduru da müzakirə olunub. Növbəti iclasa tərəflər öz təkliflərini hazırlamalıdırlar – yeni mövsümün əvvəlinə qərarlar paketi təsdiq olunmalıdır.