Çempionluğun Həmiltona verilməsi üçün imza kampaniyası başladılıb

Abu Dabi Qran Prisinin sonlarında baş verənlər barədə mübahisələr səngimək bilmir. Mercedes və Həmilton fanatları isə nəticə ilə barışmaq niyyətində deyillər...

F-1.az xatırladır ki, yarışın başa çatmasına 4 dövrə qalmış, Latifinin qəzasına görə TM trasa daxil olmuş, Ferstappen yeni təkərlərə keçsə də, Mercedes eyni həmləni Həmilton üçün etməkdə gecikmişdi. Sona 1 dövrə qalmış isə yarışın direktoru Masi yalnız Həmilton və Ferstappen arasında olan dövrəvi sürücülərin dövrələrini geri almasına icazə verərək elə həmin dövrədə TM-in trasdan çıxmasına qərar vermişdi. Nəticədə isə Ferstappen daha təzə təkərlərlə rəqibini ötərək ilk titulunu əldə etmişdi.

Mercedes bununla bağlı rəsmi etirazını bildirsə də, sonradan geri addım atmışdı. Lakin azarkeşlərin əsəbləri soyumayıb. Change.org resursunda imza kampaniyası başladılıb və qərarın ləğv edilərək titulun Həmiltona verilməsini istəyirlər. Artıq 50 mindən çox adam kampaniyanı imzalayıb. Bunun bir nəticə verəcəyi gözlənilmir, amma yenə də, azarkeşlər öz mövqelərini sərgiləmiş olurlar.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*