F-1.az saytı iddialara görə yazır ki, İtaliyanın nazirlər kabinetinin başçısı Matteo Renzi çempionata yeni komandanın gəlməsi ilə məşğuldur. Yeni komanda səudiyyəli biznesmenlərin konsorsiumuna aid olacaq.
Xatırladaq ki, yarımada dövləti son illərdə avtoidmana ciddi yatırım etməkdədir. Dakar və Formula E çempionatları keçirilməklə yanaşı ölkədə stasionar F1 trasının tikilməsinə başlanılıb. Bu il isə təqvimdə Jiddə şəhər trasında ilk yarış da gerçəkləşdiriləcək.
Sonda bildirək ki, Renzi İtaliya Qran Prisinin Monza ilə təqvimdə qalmasının əsas səbəbkarlarından biridir və biz onu dəfələrlə podiumda mükafatlandırma zamanı görmüşük…