F-1.az xatırladır ki, 21 yarışın yer aldığı təqvimdə Bakıda baş tutacaq Avropa Qran Prisi də var. Milli yarışımız iyunun 17-dən 19-dək doğma Bakımızın küçələrində keçiriləcək.
Ona görə də ölkəmizdə bu il çempionat daha səbirsizliklə gözlənilir. Azarkeşləri maraqlandıran mühüm məsələlərdən biri isə çempionatın ölkəmizdə hansı kanalla yayımlanması məsələsi idi. SportNEWS.az-ın bildirdiyinə görə, bir qədər əvvəl bu mühüm məsələyə də aydınlıq gəlib.
Belə ki, artıq yarışların yayım hüququ telekanal tərəfindən alınıb və azarkeşlər bu yarışları yenə də İdman Azərbaycan kanalında, ənənəvi və tanıdıqları şərhçilər Siyavuş Əliyevlə Rəhim Əliyevin təqdimatında izləyə biləcəklər.
Formula1 azarkeşlərini milli kanalımızda milli dilimizdə izləməyə dəvət edirik…