Çempion olmağın şərtləri

Çempionatın yekununa bir yarış qalıb. Hər kəsi bir sual düşündürür: Dünya çempionu kim olacaq?

F-1.az bildirir ki, Niko Rosberq çempionatda Lyuis Həmiltondan 12 xal irəlidədir. Əbu Dabidə podiuma yüksələrsə, çempion olacaq. Lakin titulu başqa nəticələrlə də əldə edə bilər.

 

ROSBERQİN TİTULU QAZANMASI ÜÇÜN LAZIM OLAN ŞƏRTLƏR:

  1. Həmilton qalib gələrsə, üçüncü yeri tutmaq kifayətdir
  2. Həmilton ikinci olarsa, altıncı yeri tutmaq kifayətdir
  3. Həmilton üçüncü olarsa, səkkizinci yeri tutmaq kifayətdir
  4. Həmilton dördüncü və ya daha aşağı yer tutarsa, Rosberqin neçənci olmasının əhəmiyyəti yoxdur – o, çempion olacaq

 

HƏMİLTONUN TİTULU QAZANMASI ÜÇÜN LAZIM OLAN ŞƏRTLƏR:

  1. Həmilton qalib gələrsə və Rosberq dördüncü olarsa, xalların bərabər olmasına baxmayaraq, qələbə sayının çoxluğuna görə çempion Həmilton olacaq
  2. Həmilton ikinci, Rosberq yeddinci olarsa, xalların, birinci və ikinci yeri tutmaq saylarının bərabərləşməsinə baxmayaraq, üçüncü yeri daha çox tutduğu üçün çempion Həmilton olacaq
  3. Həmilton üçüncü olarsa, çempion ola bilmək üçün Rosberqin doqquzuncu və ya daha aşağı yeri tutmasını gözləməlidir
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*