C.Əllison Lotus-u tərk edə bilər

Formula1-i son həftə bürümüş kadr dəyişiklikləri barədə şayiələr fonunda Lotus komandasının texniki direktoru Ceyms Əllisonun da adı komandasını dəyişməyə hazırlaşan […]

Formula1-i son həftə bürümüş kadr dəyişiklikləri barədə şayiələr fonunda Lotus komandasının texniki direktoru Ceyms Əllisonun da adı komandasını dəyişməyə hazırlaşan yüksəksəviyyəli mütəxəssislərin siyahısına düşüb.

Hesab olunur ki, britaniyalı sürücünün bu qərarı qəbul etməsinə səbəb 2005-ci ildən çalışdığı komanda ilə maliyyə problemidir. Lotus-un iqtisadi vəziyyətini Honeywell İnternational şirkəti ilə müqavilə yaxşılaşdıra bilərdi, amma Motorsport-Total saytı əmindir ki, müqavilə imzalanmayıb.

Almaniya saytının məlumatına görə, Ceyms Əllison McLaren, Mercedes AMG və Ferrari ilə danışıqlar aparıb, hərçənd, sonuncu komanda ilə müqavilənin imzalanmasına inanılmır. Mühəndisin hansı komandada karyerasını davam etdirməsi bu həftə elan olunacaq…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*