Yağışdan sonra trasda kifayət qədər su olduğu üçün start Təhlükəsizlik Maşınının arxasında verilib. İki dövrədən sonra isə mübarizə qızışıb – Daruvala ilk döngədə liderliyini qoruyub və peletondan uzaqlaşmağa başlayıb.
Arxada isə Cək Duhən irəliləməyə başlayıb – avstraliyalı sürücü 4-cü dövrədə Yuri Vipsi də arxada qoyaraq 3-cü yerə yüksəlib.
Bir neçə dövrədən sonra Daruvala təkərlərinin yeyilməsindən gileylənib – onu əvvəlcə Fittipaldi, daha sonra Duhən və İvasa arxada qoyublar.
Bir neçə dövrədən sonra eyni problemlərlə Enzo üzləşib – ona görə də Duhən və İvasa braziliyalı sürücünün səhvindən yararlanaraq irəli çıxıblar.
Cək Duhəni isə F2-də birinci qələbəsi münasibətilə ilk təbrik edən atası MotoGP-nin 5 qat dünya çempionu Mik Duhən olub.
Bazar günü mübarizə əsas yarışda davam edəcək..