F-1.az xəbər verir ki, Reyql son dörd il ərzində təsisçi və sədr Alexandro Aqaqla birlikdə Formula E-yə rəhbərlik edib və indi rahat keçidi təmin etmək üçün bir müddət məsləhətçi olaraq qalacaq.
Ceff Dodds əvvəllər Virgin Media O2-də olub və burada son iki il ərzində Baş İcraçı Direktor vəzifəsində çalışıb.
Alexandro Aqaq, Formula E-nin təsisçisi və sədri: “Mən Ceff Dodds-u Baş İcraçı Direktor kimi salamlamaqdan məmnunam. O, Formula E-yə dinamik liderlik və təsirli performansla bağlı sübut edilmiş təcrübə gətirəcək. Direktorlar Şurası azarkeşlərimizin, komandalarımızın, istehsalçılarımızın, tərəfdaşlarımızın və maraqlı tərəflərimizin xeyrinə Formula E-nin bütün potensialının açılmasını səbirsizliklə gözləyir.
Mən ceymiyə son bir neçə il ərzində rəhbərlik etdiyinə və mövsümün qalan hissəsində göstərdiyi dəstəyə görə təşəkkür etmək istəyirəm. Mən onunla işləməkdən həzz alırdım”.