C.Batton yeni qaydalar haqqında

Bu gün Berni Ekklstoun çempionu müəyyən etməyin yeni sistemi haqqında danışarkən bildirib ki, yeni qaydalar çempionatda vəziyyəti dəyişəcək və Censon […]

Bu gün Berni Ekklstoun çempionu müəyyən etməyin yeni sistemi haqqında danışarkən bildirib ki, yeni qaydalar çempionatda vəziyyəti dəyişəcək və Censon Batton mövsümün ilk yarışlarında qələbə qazanarsa, titula namizəd ola bilər. Xeres testlərində britaniyalı sürücü Ümumdünya Şurasının dünən qəbul etdiyi qərarı şərh edib…

Censon Batton: “Məncə, tamaşaçılar elə də başa düşməyəcəklər ki, niyə titulu 100 xal toplamış sürücü deyil, cəmi 60 xal toplamış sürücü qazandı. Amma mən bu qərarın məntiqini başa düşürəm və maraqlı hesab edirəm. Sürücülər yarışda qələbə qazanmaq üçün ciddi stimul alacaqlar, amma digər tərəfdən belə bir vəziyyət yarana bilər ki, çempion ilk doqquz yarışdan sonra müəyyən olunsun, amma ikinci yerdə olan sürücü doqquz yarışdan sonra liderdən cəmi 18 xal geri qalsın və mövsümün ikinci yarısı maraqsız keçsin.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*