Censon Batton fiziki formasını yaxşı səviyyədə saxlamaq üzərində ciddi işləyir və qarşıdakı mövsümə hazırlıq çərçivəsində Kann şəhərində yarım marafon yarışında iştirak edib.
McLaren sürücüsü özünün Twitter bloqunda yazıb ki, “Bu əla idi! Kann yarım marafonunu 1 saat 19 dəqiqəyə qət etdim. Pis deyil, nəzərə almaq lazımdır ki, dünən velosipedlə intensiv məşq etmişəm və 3 km üzmüşəm.”
Qeyd edək ki, Censon Kanda 19-cu nəticə göstərib…