C.Batton: “Ümid edirəm ki, Çində biz Red Bull-u üstələyəcəyik”

Censon Batton Sepanqda finiş xəttini ikinci keçib, britaniyalı sürücü daha effektiv strategiya sayəsində öz komanda yoldaşını da qabaqlayıb. Finişdən sonra […]

Censon Batton Sepanqda finiş xəttini ikinci keçib, britaniyalı sürücü daha effektiv strategiya sayəsində öz komanda yoldaşını da qabaqlayıb. Finişdən sonra Censon bildirib ki, yarış məsafəsində təkərlərdən optimal istifadə variantını seçmək asan deyildi…

Censon Batton: “Yarış qarışıq alındı, xüsusən də təkərlərin vəziyyətinə nəzarət və pit-stopların keçirilməsi baxımından. Sonuncu hissədə mən bərk təkərləri seçdim, amma gözlədiyimin əksinə olaraq, maşının sürəti artdı, asfaltla ilişmə yaxşılaşdı.

Komanda məndən xahiş edirdi ki, mən təkərlərin vəziyyətini nəzarətdə saxlayım, amma sürücülər həmiş hücum etmək barədə düşünürlər, siz istənilən vəziyyətdə rəqibə çatmağa çalışırsınız. Bu gün biz qalib gələ bilmədik, amma mən ikinci oldum və 18 xal qazandım – əla nəticədir.

Biz inkişaf edirik və mən səbirsizliklə Çini gözləyirəm – ümid edirəm ki, Şanxayda biz Red Bull-u üstələyə biləcəyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*