Bu uik-end Censon Batton İronman 70.3 versiyası üzrə Berlin yarışında iştirak edib və şəxsi rekordunu təzələyib. Britaniyalı sürücü 21.1 km qaçmağa, 90 km velosiped sürməyə və 1.9 km üzməyə 4 saat 19 dəqiqə 52 saniyə vaxt israf edib.
Censon ümumi hesabda 35-ci yeri tutub və öz yaş qrupunda 3-cü olub. Müqayisə üçün deyək ki, yarışın qalibi eyni məsafəyə 3 saat 46 dəqiqə sərf edib…
Censon Batton: “Mənim üçün triatlon yarışlarında iştirak etmək Formula1-də çıxışım üçün zəruri olan yaxşı fiziki forma saxlamağa kömək edir. Bəzi yarışlarda biz çox maye itiririk, bizim idmanda triatlonda olduğu kimi dözümlülük vacibdir.”
İyulun 14-də Censon Bedfortşirdə özünün təşkil etdiyi xeyriyyə yarışının startına çıxacaq…