C.Batton: “Mən McLaren-ə Lyuisə görə gəlmişəm”

Press Association agentliyinə müsahibəsində Censon Batton son günlər aqresiv sürmə stilinə görə çox tənqid olunan həmkarı Lyuis Həmiltonu müdafiə edib… […]

Press Association agentliyinə müsahibəsində Censon Batton son günlər aqresiv sürmə stilinə görə çox tənqid olunan həmkarı Lyuis Həmiltonu müdafiə edib…

Censon Batton: “Lyuis həqiqətən güclü sürücü olduğuna görə qəzet səhifələrinin başlıqlarından düşmür. Lyuis mübariz sürücüdür və mən McLaren-ə ona görə keçmişdim ki, Formula1-in ən istedadlı sürücüsü ilə bir yerdə çıxış etmək istəyirdim.

Onunla trasda mübarizə aparmaq maraqlıdır. Biz bir-birimizə çox hörmət edirik və bir neçə dəfə sərt mübarizə aparmışıq – keçən il və bu il, həmişə manevr üçün yer qoyuruq. Mən Niki Lauda və digərləri ilə razı deyiləm. Lyuis həqiqətən aqresivdir və istənilən imkandan yararlanmaq istəyir. Bəzən o haqlı olur, bəzən yox, bizim hamımız beləyik, sadəcə Lyuis belə vəziyyətlərə çox düşür.

Mən Kanadada onunla toqquşmaya görə çox təəssüflənirəm. Biz baş verənləri müzakirə etdik – yarışlarda belə hallar olur. Mən bilmirdim ki, o mənim solumdadır, heyif ki, o məni soldan keçmək istədi və biz toqquşduq, hər ikimiz məyus olduq. Komanda yoldaşı ilə toqquşmaq ən pis nəticədir, amma biz bu barədə danışdıq və hər şey qaydasındadır. Lyuis finişdən sonra məni birinci təbrik edənlər arasında idi.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*