C.Batton: “Mən başa düşmürəm ki, nə baş verir”

Censon Battonun fikrincə, komanda uğursuz çıxışların digər səbəbini axtarmalıdır, soyuq hava ciddi səbəb deyil. Hələlik britaniyalı sürücü çempionatda liderlik edir, […]

Censon Battonun fikrincə, komanda uğursuz çıxışların digər səbəbini axtarmalıdır, soyuq hava ciddi səbəb deyil. Hələlik britaniyalı sürücü çempionatda liderlik edir, amma bu gün Red Bull sürücüləri yenə də sürətli olublar…

Censon Batton: “Mən başa düşmürəm ki, nə baş verir, lakin biz hər şeyi yalnız havanın üstünə atmamalıyıq. Düzdür, bu gün cümə gününə nisbətən bir qədər soyuq idi, amma başqa səbəbləri axtarmalıyıq. Biz maşına yeni elementlər əlavə etdik, onlar balansa mənfi təsir etməməli idilər. Rəqiblərimiz daha çox inkişaf edirlər – Red Bull çox sürətlidir, McLaren, Ferrari və Williams sürətləniblər, amma BGP001 özünə oxşamır.

Söhbət ondan getmir ki, bizi ötürlər, idarəetmədə çətinliklər yaranıb, mövsümün əvvəlində belə şeylər yox idi – bu aşkar problemdir. Xoşbəxtlikdən, növbəti yarışa qədər çox vaxtımız var, nasazlıqları aradan qaldırmalıyıq.

Bu gün itkiləri minimuma endirməyə çalışırdıq, amma əvvəl çox şeyə ümid edirdik – cümə günü ən yumşaq təkərlərlə maşın sürətli görünürdü. Rəqiblərimizin maşınlarında arxa təkərlər dənlə örtülürdülər, bizdə isə bu problem yox idi, amma bu gün təkərlər gözlənilmədən dənlə örtüldülər və maşın sürətini itirdi…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*