C.Batton Massanı əvəz edə bilər?

Britaniyanın Autosport qəzeti yazır ki, Ferrari komandası Felipe Massanı gələn mövsümdə əvəz etmək üçün bir neçə variantı nəzərdən keçirir – […]

Britaniyanın Autosport qəzeti yazır ki, Ferrari komandası Felipe Massanı gələn mövsümdə əvəz etmək üçün bir neçə variantı nəzərdən keçirir – namizədlər arasında Censon Batton, Niko Rosberq və Mark Uebberin adları hallanır.

Mühəndislər Kubokunda layiqli mübarizə aparmaq üçün Skuderiyaya iki güclü sürücü lazımdır, Massanın son zamanlar göstərdiyi nəticələr isə komandanın ümidlərini doğrultmur. Rosberq çox güman ki, Mercedes GP-nin təklif etdiyi beşillik müqaviləni imzalayacaq, Mark Uebber isə daha bir il Red Bull-da qalacaq, ona görə də britaniyalı jurnalistlər Battonu əsas namizəd sayırlar, hərçənd, Censon özü bir neçə dəfə bildirib ki, McLaren-də karyerasının sonuna qədər çıxış etməyə hazırdır.

Massanın Ferrari ilə müqaviləsi gələn ilin sonunda başa çatır, amma şayiələr gəzir ki, onun meneceri Nikolya Todt artıq gələn il üçün danışıqlara başlayıb…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*