C.Batton: “İkinci yer əla nəticədir!”

İtaliya Qran Prisinin finişindən sonra Censon Batton jurnalistlərə bildirib ki, yarışın taleyinin start və onun Heykki Kovalayneni ötməsi həll edib… […]

İtaliya Qran Prisinin finişindən sonra Censon Batton jurnalistlərə bildirib ki, yarışın taleyinin start və onun Heykki Kovalayneni ötməsi həll edib…

Censon Batton: “Startda həmişə KERS-li maşınlardan ehtiyat etmək lazımdır, amma Fernando Alonsonun üstünlüyü olmadı, Kovalaynen isə startda problemlərlə üzləşdi, o birinci döngədə əyləci gec basdı, Barrikello və Rəykkönen də az qala toqquşacaqdılar. Mən ikinci şikanada və Lesmo döngəsində Kovlaynenin arxasında gəlirdim – hücum etdim və irəli çıxdım, bu manevr olmasa idi, mən yarışı üçüncü və ya bəlkə də dördüncü başa vura bilərdim.

İkinci yer əla nəticədir, mən qələbə qazanmaq istərdim, amma bu uik-end Rubens daha çox uğura layiq idi. Mən Monsada ona iki xal uduzdum, amma Fetteldən yeddi xal qazandım, indi Barrikello titul uğrunda mübarizədə mənim əsas rəqibimdir, amma bizim münasibətlərimiz əladır.

Son dövrələrdə Lyuis ciddi hücuma keçmişdi, hərçənd burda hətta KERS-lə ötmək çox çətindir. Mən hələlik nə baş verdiyini bilmirəm, Lyuis yəqin ki, məyus olub, mən isə yaxşı nəticə göstərdim.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*