Sıralanma turundan sonrakı mətbuat konfransında poul qazanmış Censon Batton qeyd edib ki, hələ dünən maşından razı deyildi və poul qazanmağa ümid etmirdi, amma komanda optimal sazlanmalar tapa bilib və vəziyyət dəyişib…
Censon Batton: “Bir poulu qazanamq çətindir, Formula1-də karyeram ərzində iki dəfə ardıcıl poul qazanmamışdım. Ona görə də bugünkü nəticə məndə daha güclü hisslər oyadır – iki ardıcıl poul! İndi biz bilirik ki, bizim maşın müxtəlif traslarda sürətlidir, həərçənd mən daha sxı nəticələrə ümid edirdim, axı dünən Ferrari çox güclü görünürdü. Dünən mənim problemlərim var idi, maşının balansı məni qane etmirdi, amma axşam komanda zəruri sazlanmaları tapdı və vəziyyət yaxşılığa doğru dəyişdi, mən buna şadam!
Yarış qızğın olacaq, amma yerli iqlimə gəlincə, ən çətin məsələ yüksək rütubətdir. Ümumən mən belə havanı yaxşı keçirirəm.”