C.Batton: “Hələlik bütün arzularım gerçəkləşir”

Censon Batton yarışa pouldan başlasa da startda komanda yoldaşı Rubens Barrikellonu irəli buraxıb. Amma komanda vaxtında britaniyalı sürücünü iki pit-stoplu […]

Censon Batton yarışa pouldan başlasa da startda komanda yoldaşı Rubens Barrikellonu irəli buraxıb. Amma komanda vaxtında britaniyalı sürücünü iki pit-stoplu taktikaya keçirib və Censon mövsümdə dördüncü qələbəsini qazanıb…

Censon Batton: “Yarışın gedişində məni iki pit-stoplu taktikaya keçirdilər, amma biz əvvəldən üstünlüyü üç pit-stoplu taktikaya vermişdik. Mən belə bir qərarın uğurlu olmasına əmin deyildim, pitdən çıxanda maşın ağır idi, amma mən trasa Fettel və Sebastyanın qabağında qayıda bildim, bunda sonra sürətli olmağa çalışdım.

Mən Barselonada qalib gəldmişəm, bu trası həmişə ən çətin tras sayırdım. Bu mənə bütün mövsümə inam verəcək. Hələlik bütün arzularım gerçəkləşir, hətta problemlərlə üzləşəndə belə komanda qalib gələ bilir.

Mən pis start almadım, amma Rubens daha yaxşı start aldı, onuns ürəti də yaxşı idi və onu izləmək də çətin idi. Birinci dövrədəki qəzanı biz görmədik, amma tras qırıntılarla dolu idi. Mühədnislər təkərlərə diqqətlə baxırdılar ki, iti predmetlər təkərə batmasın. Bəxtimiz gətirdi, təkərlərlə problem olmadı.

İndi mən göyün yeddinci qatındayam. Komanda əla işlədi: maşınımz və Mercedes motorları sayəsində biz böyük üstünlüyə malikik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*