Çin Qran Prisinin finişindən sonra mətbuat konfransında çempionatın lideri Censon Batton etiraf edib ki, bu gün Brawn GP maşınları Red Bull Racing-in təklif etdiyi sürətə tab gətirə bilməyiblər. Censon rəqiblərin pit-stopundan sonra bir neçə dövrə liderlik edə bilib və finişdə Sebastyandan 45 saniyə geri qalıb…
Censon Batton: “Bu gün biz Red Bull-la mübarizə edə bilmədik – onlar çox sürətli idilər, amma əsas odur ki, belə bir şəraitdə biz maksimum nəticə göstərə bildik, vacib xallar topladıq. Yarış asan olmadı, hamı akvaplaninqlə mübarizə aparırdı, sonuncu döngədə isə əsil göl yaranmışdı – orda əylənmək mümkün deyildi. Təkərlər soyuyurdu, hər bir dövrədə trasdan çıxmaq təhlükəsi var idi, belə bir vəziyyətdə finişi uğurlu saymaq olar, xüsusən də podiumda.”