Dünən sıralanma turundan sonra Brawn GP sürücülərinin vəziyyəti yaxşı deyildi, amma çempionatda onların rəqibləri olan sürücülər yarışda müxtəlif problemlərlə üzləşiblər. Çempionatın lideri Censon Batton Sebastyan Fettelə bir xal uduzsa da, əsas rəqibi olan komanda yoldaşı Rubens Barrikellonu bir xal üstələyə bilib…
Censon Batton: “Gün pis keçmədi, mən beşinci yerə görə çox şadam! Mən Rubensi finişdə qabaqladım, Sebastyana isə bir xal uduzdum – yarış pis alınmadı, ona görə də Yaponiyaya yaxşı əhvalla yollanıram.
Finişə yaxın sürətli dövrələr seriyası göstərə bildim, bunun sayəsində Rubensi qabaqladım, amma dünən sıralanma turunda belə sürətli olsaydım daha yaxşı olardı. Startdan sonra Kovalaynenin arxasında ilişib qaldım, amma o pitə gedən kimi hücuma keçdim. Rubens mən beş dövrə tez dayanmalı idi – mən onun uzaqlaşdığını görürdüm, amam heç nə edə bilmirdim. Həm də qarşıdakı maşına çox yaxınlaşanda asfalta yatma qüvvəsi yoxa çıxır…
Təhlükəsizlik Maşını trasa vaxtında çıxmadı: mənim ehtiyatda 3-4 dövrəm var idi və Rubenslə Uebberi qabaqlaya bilrədim, amma plan baş tutmadı. Sonda isə hər şey yaxşı oldu.”