C.Batton: “2014-cü il ərəfəsində heyətin stabilliyi vacibdir”

Censon Batton hesab edir ki, 2014-cü ildə yeni reqlamentə keçid ərəfəsində istənilən komandaya sürücülər heyətinin stabilliyi çox vacibdir. Buna görə […]

Censon Batton hesab edir ki, 2014-cü ildə yeni reqlamentə keçid ərəfəsində istənilən komandaya sürücülər heyətinin stabilliyi çox vacibdir. Buna görə də britaniyalı sürücü McLaren-də qalmaq fikrindədir…

Censon Batton: “Hər şey planla getsə, onda mən 2014-cü ildə inid işlədiyim mühəndislərlə işimi davam etdirəcəm – həmin vaxt bizim əməkdaşlığımız beşillik yubileyini qeyd edəcək. Reqlamentdəki dəyişiklikləri nəzərə alsaq, uzun müddət tanıdığım insanlarla işləmək üstünlük verə bilər. Mən böyük həyəcanlıa 2014-cü ili gözləyirəm,. Hesab edirəm ki, sükan arxasına oturana qədər maşında olan dəyişikliklər baaş düşə bilsəniz, bu kömək edə bilər.

Əgər 2014-cü ildə komandaya yeni sürücü gələrsə, həm sürücü, həm də komanda çətin vəziyyətə düşəcək – onlar hansı təkamül istiqamətini müəyyən edə bilməyəcəklər. Digər tərəfdən, əgər siz komandada çoxdan çıxış edirsinizsə, onda maşından sizə nəyin lazım olmasını gözəl başa düşürsünüz.

KERS daha güclü olacaq, ona görə də texniki mütəxəssisləri böyük işlər gözləyir, bu isə sürücü və mühəndis arasındakı qarşılıqlı anlaşmanı ön plana çəkir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*