Caterham F1 Team – CT05 (video)

Caterham komandasının yeni maşınının təqdimat mərasimi səhər təxirə salınıb – komanda jurnaslitləri yerli vaxtla saat 08:45-də pit-leynə dəvət etsə də, […]

Caterham komandasının yeni maşınının təqdimat mərasimi səhər təxirə salınıb – komanda jurnaslitləri yerli vaxtla saat 08:45-də pit-leynə dəvət etsə də, yeni maşını həmin vaxta hazırlayıb qurtara bilməyib. Nəticədə jurnaslitlər ilk test gününün sonuna bir neçə saat qalmış yeni CT05-i trasda görüblər, mətbuat nümayəndələrinə isə komanda rəhbərliyinin relizlərini paylayıblar…

Yeni maşının burunun elementi hamının diqqətini çəkib – jurnalistlərə xəbər veriləndə ki, indi Markus Erikson yeni CT05-in sükanı arxasında boksu tərk edəcək, jurnaslitlər mətbuat mərkəzindən komandanın boksu önünüə tələsiblər – yeni maşının burnu hamını şoka salıb: yeni element bir neçə müstəvidən ibarət olub aşağıya doğru uzanmış konusla başa çatır.

Caterham CT05 Lifilddə komandanın tam hazırladığı ilk maşındır, maşın Renault-nun hazırladığı güc qurğusu ilə və Red Bull Technology-nin hazırladığı ötürmələr qutusu ilə təchiz olunub.

ct05-2
Siril Abitebul, komandanın başçısı: “Kamui Kobayaşi və Markus Eriksonla yeni CT05-in təqdimatı bizim fəxr predmetimizdir, axı Formula1 və Caterham komandası bu il yeni eraya qədəm qoyurlar. Bizim səhmdarlar və tərəfdaşlarımız Lifild bazasına ciddi yatırım ediblər, indi biz əvvəlki illərdə bizi qabaqlayan komandalara daha yaxınıq və bu il biz inkişafımızı traslarda layiqli nəticələrlə təsdiq edəcəyik.

Biz hesab edirik ki, yeni maşın güclü, etibarlı və sürətli alınıb, qarşıdakı testlərdə məhz bu üç amil üzərində işləyəcəyik. Lifildə çox istedadlı mühəndislər toplaşıblar, onlar gecə-gündüz yorulmadan çalışıblar, indi isə məqsədə çatmaq növbəsi bizdədir. Əlbəttə, biz hələ qüvvələr nisbətinin necə olmasını təsəvvür belə edə bilmirik, bunu yalnız birinci yarışda dəqiq biləcəyik, amma əminik ki, yeni qaydalara çox effektiv cavab vermişik.

Mövsümün gedişində maşının tərəqqisi də vacib rol oynayacaq, ona görə resursların böyük bir hissəsini bu sahəyə yönəltmişik. Bundan başqa komanda Kölndə Toyota Motorsport-un aerodinamik borusunda çalışacaq, bu isə bizim məqsədlərimizin ciddiliyindən xəbər verir.

ct05-3
Bizim texniki tərəfdaşlarımız – Renault SportRed Bull Technology şirkətləridir, onlar birlikdə son dörd ilin çempionlarıdır. Biz başa düşürük ki, güclü komandalarla rəqabaət apara bilməyəcəyik, amma əvvəlki illərdə göstərdiyimiz ən yaxşı nəticələri yaxşılaşdırmağa mane ola biləcək səbəb görmürəm. Əlbəttə, qarşıdakı mövsümdə vacib və həlledici rolu etibarlılıq oynayacaq, ona görə də məhz bu iki təşkilatla sıx əməkdaşlıq bizə kömək edəcək.

Bu il bizim maşınların sükanı arxasında Kamui Kobayaşi və Markus Erikson çıxış edəcəklər, onlardan birincisi təcrübə, sürət və ehtirasın təcəssümüdür, ikincisi isə GP2 seriyasının ulduzudur, biz Markusa Formula1-ə düşmək şansı verdik və əminik ki, Markus gələcəkdə bizim idmanda ciddi uğur qazanacaq.

Mövsümün gedişində əsas sürücülərə Robin Fryayns və Aleksander Rossi kömək edəcəklər, hər iki sürücü sürətli və istedadlıdır, Rossi həm də GP2 seriyasında bizim komandanın şərəfini qoruyacaq.”

, , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*