Castrol brendi çempionata qayıdır?

Biz artıq xəbər vermişdik ki, BP neft şirkəti gələn il çempionata qayıtmaqla McLaren komandasının yeni tərəfdaşı ola bilər.

F-1.az xatırladır ki,  Financial Times qəzetinin yaydığı məlumat, deyəsən, getdikcə təsdiqlənir.

Əvvəlcə bu fikrə ehtiyatla yanaşan britaniyalı jurnalist Co Savar bildirib ki, BP həqiqətən McLaren-lə tərəfdaşlıq müqaviləsi bağlamağa hazırlaşır və bunun sayəsində şirkətə məxsus olan Castrol brendi çempionata qayıdacaq. Adətən belə müqavilələr sadəcə sponsor dəstəyi ilə yekunlaşmır, həm də yanacaq və sürkü yağlarının təchizatını da nəzərdə tutur.

Güman etmək olar ki, Castrol-un çempionata qayıtması, həm də, bu brendin motosiklet və avtomobil idman növlərində Honda ilə münasibətilə bağlıdır. Son illərdə WTCC kuzov çempionatında çıxış edən Honda zavod komandasının titul sponsoru da Castrol-dur.

Xatırladaq ki, Castrol loqotipi Ensign, March, Lotus, Arrows, Sauber və Williams maşınlarını bəzəsə də, 2004-cü ildə çempionatı tərk etmişdi…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*