Keçən il Toro Rosso komandasının texniki direktoru vəzifəsini tərk etmiş Corcio Askanelli Formula1-ə qayıtmağa hazırlaşır.
İtaliyanın Autosprint jurnalı yazıb ki, Askanelli komandadan onun başçısı Frants Tostla olan fikir ayrılığına görə gedib. Amma Corcio yenidən işləməyə hazırdır, lakin söhbət Ferrari-dən getmir, hərçənd, şayiələr gəzirdi ki, Askanelli məhz həmyerliləri ilə danışıqlar aparıb.
Askanellinin karyerası 80-ci illərin ortasından başlayıb: o Gerhard Bergerin yarış mühəndisi idi və avstriyalı sürücü ilə əvvəlcə Benetton-da, sonra McLaren-də işləyib. McLaren-də Ayrton Senna ilə də əməkdaşlıq edib.
90-cı illərin ikinci yarısında Askanelli Ferrari-də çalışıb və onun komandanın indiki texniki direktoru Pət Frayla çox sıx dostluq münasibətləri var. Buna baxmayaraq, Autosprint-in fikrincə, italiyalı mütəxəssis Maranelloya qayıtmağı planlaşdırmır, amma onun hansı komanda ilə müqavilə bağlaması hələ məlum deyil…