F-1.az xatırladır ki, gənc sürücümüz daha əvvəl Britaniyada bir neçə kartinq çempionatında çıxış etmiş və yüksək nailləyətlər qazanmışdı. Karyerasını inkişaf etdirmək istəyən həmyerlimiz, daha əvvəl əksər tanınmış sürücülərin Formula1-ə yolunu açan Carlin komandasının bazasında Formula4 simulyatorunda testlərə başlayıb. Simulyatorda oturacaq və pedallar Cəmilə uyğun quraşdırılıb.
İlk testlərdən sonra Carlin Motorsport-un rəhbərliyi sürücümüzün performansından təsirlənib. 15 yaşlı sürücümüz simulyatorda iki saat keçirməsinə baxmayaraq, Formula4 sürücülərinin rekorduna sadəcə 0.5 saniyə uduzub.
Cəmil 1 ay ərzində burada simulyatorda işləyəcək. Ona daha əvvəl Formula3-də çıxış etmiş Keyt İmpi məşqçilik edəcək. Gənc qürurumuz bir aydan sonra Carlin Motorsport-un Formula4 bolidi ilə testlərə çıxacaq.
Qeyd edək ki, Carlin şirkəti daha əvvəl Daniel Rikkardo və Lando Norris kimi sürücülərin Formula1-də çıxış etməsində böyük rol oynayıb.