Carlin komandası adını dəyişib

Formula2 və Formula3-də mübarizə aparan komanda Yeni Zelandiyanın avtoistehsalçısı Rodin Cars-dan investisiya cəlb edib.

F-1.az xəbər verir ki, müqaviləyə əsasən, Rodin Cars şirkəti Carlin-in əsas səhmdarı olub. Buna görə də, komandanın adı gələn mövsüm Rodin Carlin olacaq. Eyni zamanda avtoistehsalçı hər nə qədər əsas səhmdar olsa da, komandanın idarəetmə sisteminə heç bir təsir göstərməyəcək.

Rodin Cars eyni zamanda Red Bull-un ehtiyat sürücüsü Lyam Louson da daxil olmaqla, Yeni Zelandiya sürücülərini dəstəkləməyə davam edəcək. Lyam ötən mövsüm Carlin-də çıxış etsə də, 2022-ci ilin sonunda Formula2-ni tərk edib. Louson bu mövsümü Yaponiyada Super Formula-da keçirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*