Çarli Vürs Yeni Zelandiyada iki qələbə qazanıb

Çarli Vürs keçən həftəsonu Teretonqda ikinci turda iki qələbə qazandıqdan sonra Yeni Zelandiya Formula Regional Okeaniya seriyasında liderliyə yüksəlib.

F-1.az xəbər verir ki, bir həftə əvvəl o, bu qış çempionatında çıxışlarına iki podiumla başlamışdı və indi ilk uğurunu əldə edi və üç yarışdan ikisində qalib gələrək, seriyanın turnir cədvəlinə başçılıq edib. O, yenizelandiyalı sürücü Kallum Heci 24 xal qabaqlayır.

Hec şənbə yarışına pouldan başlayıb, lakin ikinci mövqedən yarışa başlayan Vürs dərhal onu qabaqlayıb və bir neçə döngədən sonra liderliyi ələ keçirib. Kallum Çarlini yaxından izləsə də, keçmiş Formula1 sürücüsü və 24 saatlıq Le Man marafonunun qalibinin oğlu yarışı qələbə ilə başa vura bilib.

Seriyanın reqlamentinə uyğun olaraq, ikinci yarışda reversiv start düzümündən istifadə olunur və Hec bazar günü səhər saatlarında fərqlənib: dəyişkən hava şəraitində o, 7-ci mövqedən start götürsə də, önə çıxa bilib və finiş xəttini birinci keçib.

Vurz bu dəfə 4-cü yeri tutub, bundan sonra o, əsas hesab edilən və 30 dövrə davam edən gündüz yarışında inamla geri qayıdıb: o, yarışa pouldan başlayıb və finişə qədər liderliyi heç kimə əldən verməyib. İkinci yeri isə elə həmin Kallum Hec tutub.

Serialın üçüncü mərhələsi bu həftəsonu Yeni Zelandiyanın Şimal adasında Fieldinq şəhəri yaxınlığında yerləşən Kris Eymon trasında baş tutacaq.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*