F-1.az xatırladır ki, Carbon şampanlarından ilk dəfə Monako Qran Prisində istifadə edilmişdi. İçkilər ilk 3 yer üçün qızıl, gümüş və bürünc olaraq adlandırılmışdı. Monakodakı podiumdan sonra Carbon şampanlarından istifadəyə davam edildi. Bu gün verilən rəsmi açıqlamaya əsasən, Formula1 və Champagne Carbon arasında uzunmüddətli müqavilə bağlanıb.
Şon Bratçes: “Karbondan düzəldilən şüşələrin xüsusiliyi idmanımızdakı texologiyanı təmsil edir. Buna görə də Champagne Carbon şirkətinin məhsulları Formula1 podiumundakı sevinclərə xüsusilik qatır”.
Champagne Carbon 5 il əvvəl qurulsa da, 1800-cü illərdən bəri şərab istehsal edən bir şirkətlə bağlıdırlar. Karbon liflərindən hazırlanmış mükəmməl şüşələr məhsulun 3000 dollarlıq qiymətinə aydınlıq gətirir. Bundan başqa, bəzi xəbərlərə əsasən, FOM televiziya qarşısında oturan izləyicilərə xüsusi görüntülər vermək üçün şüşələrə kameralar yerləşdirmək istəyir.