CAR və Vyetnam gələn il təqvimə girə bilər

Grandprix-in xəbərinə görə, Cənubi Afrika və Vyetnam 2024-cü ildə Formula1 təqvimində görünə bilər.

F-1.az mənbənin sözlərinə istinadən bildirir ki, Formula1-in prezidenti Stefano Domenikali Avstraliya Qran Prisindən əvvəl Vyetnama baş çəkib və ölkənin yeni hökuməti ilə yarışın keçirilməsini müzakirə edib.

Əvvəlcə Vyetnam Qran Prisinin debütü 2020-ci ildə baş tutmalı idi, lakin pandemiya səbəbindən planlara düzəlişlər etmək lazım gəlib. İndi ölkə yarışı qəbul etməyə hazırdır və bu halda Hanoy qismən 2020-ci ilə qədər tikilmiş trasdən, qismən də şəhərin küçələrindən istifadə edəcək.
Cənubi Afrika Qran Prisi də öz növbəsində bu mövsüm Belçikadakı mərhələni əvəz edə bilərdi, lakin tərəflər razılığa gələ bilməyiblər. İndi isə ölkə hökuməti yarışı keçirmək üçün lazımi vəsaiti ayırmağa hazırdır…
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*