CAR Qran Prisinin perspektivi parlaq deyil…

Liberty Media bir neçə ildir ki, Cənubi Afrika Qran Prisinin təşkilatçıları ilə danışıqlar aparırlar. Kyalami trasının təqvimə qayıtmaq şansı vardı, amma Belçika Qran Prisinin çempioanata ev sahibliyinə davam etməsi işləri çətinləşdirib

F-1.az TimesLIVE-a istidanən bildirir ki, cənubi afrikalı iş adamı Patris Motsepe 35 milyon dollarlıq tanıtım haqqını öz üzərinə götürməyə hazırdır, lakin Kyalaminin sahibləri trası FİA-nın Grade 1 sertifikatını alacaq səviyyəyə çatdırmaq üçün təkmilləşdirmək işlərinə tələb olunan əlavə 7 milyon dolları tapa bilmirlər.

Öz növbəsində Cənubi Afrika Qran Prisinin promouteri Vorren Şekter təşkilatçıların maliyyə problemləri ilə bağlı xəbərləri təsdiqləməkdən imtina edib: “Mən bütün bu xəbərləri mətbuatda görmüşəm, lakin təqdim olunanların əksəriyyəti həqiqətə uyğun deyil. Təəssüf ki, ətraflı məlumat verə bilmərəm, lakin 2023-cü ildə Cənubi Afrika Qran Prisi olmayacaq”.

Mətbuatın məlumatına görə, FOM Cənubi Afrikadakı mərhələnin promouterlərinə bütün müqavilələr və maliyyə öhdəlikləri barədə razılığa gəlmək üçün 31 mart 2023-cü ilə qədər vaxt verib. Hesab edilir ki, sənədlər bu tarixə qədər imzalanmasa, FOM Belçika Qran Prisinin promouterləri ilə çoxillik müqavilənin imzalanması ilə bağlı danışıqlara qayıdacaq.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*