F-1.az bildirir ki, Kyalami trasının rəhbərliyi ilə Formula1 arasındakı danışıqlar yaxşı getmir və buna görə də CAR-ın təqvimə girmə ehtimalları çox aşağı düşüb. Tras rəhbərliyi bəxtini 2024-cü il üçün yenidən sınayacaq.
Bu da o deməkdir ki, Belçika gələn il də təqvimdəmi yerini qoruyacaq, ancaq əfsanəci yarışın sonrakı illərdəki taleyi hələ də naməlumdur. Belçika böyük ehtimalla gələcəkdə başqa bir Avropa yarışı ilə növbəli şəkildə təqvimə girək.
Gələnilki təqvimin bu gün qaralamasının yayımlanması gözlənilir. Qaralama təqvimdə Çin də daxil olmaqla 24 yarış olacaq.
Qeyd edək ki, Kyalami trası köhnəlib və yenilənməlidir. Bunun üçün də 15 milyon dollara ehtiyac var.