F-1.az bildirir ki, Karunun fikrincə, ən potensiallı gənc bu il McLaren-də debüt edəcək Oskar Piastridir.
Karun Çandhok: “2023-cü ilin ən yaxşı gənc sürücüsü? Bütün pulumu Piastriyə yatırardım. Lyuis Həmiltondan sonra bu qədər həyəcan və gözləntiyə səbəb olan yeniyetmə ağlıma gəlmir.
Aşağı seriyalarda yaxşı çıxış edib. İki komanda onun uğrunda mübarizə aparırdı. Seçimini soyuqqanlı etdi və bunu alqışlamamaq olmur”.