F-1.az xəbər verir ki, təcrübəli mütəxəssis Oskar Piastrinin də belə səhv etmiş olmasından ehtiyat edir…
Karun Çandhok: “Piastrinin tez-tez avstraliyalıların başına gələn tendensiyanı izləməsindən bir qədər narahatam. Alan Cons vaxtilə Beatrice Haas-a keçdi, Mark Vebber Williams-ı seçərək Renault ilə müqavilə bağlamaqdan imtina etdi və Fernando Alonsonun bu komandada titul uğrunda mübarizəsini kənardan izlədi. Rikkardo karyerasını bitirdiyi Renault-dan McLaren-ə keçməyə qərar verib.
Bu baxımdan Oskardan bir az narahatam. Mən onu tanıyıram, F2 və F3-də işlədiyi Prema mühəndisləri ilə danışdım, onun Premada bir zamanlar yarışmış Şarl Leklerdən daha yaxşı olduğunu, Maksdan bəri aşağı seriyalardan keçən ən yaxşı gənc istedad olduğunu söylədilər. Amma yavaş maşın sürürsənsə, tez unudulursan.
Ən yaxşı debüt Lyuis Hamiltonun gəlişi idi, o, güclü komandada olduğu üçün dərhal uğur qazandı. Mən hələ də onun 2007-ci ildəki debütünü indiyə qədər gördüyümüz ən yaxşı ilk mövsümlərdən biri hesab edirəm. Liderlik uğrunda mübarizə apardı, daim zirvədə idi. Amma pelotonun dibində ilişib qalsanız, diqqətlərdən yan keçəcəksiz.
Ümid edirəm ki, Piastri uğur qazanacaq, lakin hələlik McLaren o qədər də yaxşı iş görmür”.