Can Paolo Dallaranın Çin yarışı barədə proqnozları

Əfsanəvi mühəndis Can Paolo Dallara bildirib ki, Ferrari mövsümün ikinci yarışı olan Çində ilk yarışdakı kimi rahat olmayacaq.

F-1.az xatırladır ki, Sebastyan Fettel Avstraliyada ən yaxın izləyicisi Həmiltona 10 saniyə fərq ataraq qalib gəlmiş və Ferrari-yə 27 yarışdan sonra ilk qələbəsini qazandırmışdı. Bundan sonra Ferrari Çin yarışı üçün favorit göstərilsə də, 81 yaşlı Dallara bu fikirlərlə razı deyil: “Gənc italyan mühəndislərin Ferrari üçün rəqabətədavamlı bolid hazırlamaları təsiredicidir. Amma Albert Parkda ötmələrin çətin olması Ferrari-yə çox kömək elədi. İtalyanlar gözəl strategiya tətbiq edərək qalib gəldilər.

Amma Çində Mercedes-in bir addım öndə olacağını düşünürəm. Maranelloda əla işlər görülsə də, Mercedes son 3 ilin çempionudur və birdən-birə geri düşməyəcək. Amma iki komanda arasındakı fərqin çox olacağını düşünmürəm. Qələbə uğrunda mübarizə görmək istəyirəm, amma Mercedes qələbəyə daha yaxındır. Bəhreyndə Ferrari yenidən favorit olacaq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*