F-1.az-ın məlumatına görə, xarici mətbuatda onun DTM seriyasında mübarizə aparan BMW komandasına keçəcəyi bildirilmişdi.
Komandadan bu barədə dünən rəsmi məlumat verilib: “15 ildir ki, Sauber-də müxtəlif vəzifələrdə çalışmış Campaolo Dallara komandamızdan öz istəyi ilə ayrılır. Ona gələcək karyerasında uğurlar arzulayır, bu illər ərzində komandamıza göstərdiyi xidmətə görə təşəkkür edirik”.
Başqa bir məlumata görə, onu əvvəllər Red Bull-da yarış mühəndisi işləmiş Timoti Malyon əvəzləyəcək.
Qeyd edək ki, Dallaranın növbəti iş yeri barədə rəsmi məlumat verilməyib.