Britaniyalı ekspert və şərhçi Ceyms Allen Skuderiyanın mövsümün son hissəsində düşdüyü çətin vəziyyəti müzakirə edir…
Ceysm Allen: “Son günlər bütün diqqət Mixael Şumaherin qayıtması mövzusuna yönəlmişdi, amma qayıdış baş tutmadı. Alman sürücünün Cenevrədə mətbuat konfransında üzünə baxanda hiss olunurdu ki, o nə dərəcədə məyus olub. Mixaelin qayıtmasında müəyyən məna var idi: onun dostu Felipe Massa zədələnib və Ferrari ondan kömək istəyib, çünki komanda çempionatı Mühəndislər Kubokunda üçüncü yerdə başa vurmaq istəyir. İkinci maşının kokpitində Şumaherin oturması televiziyanın diqqətindən yayınmazdı və sponsorların reklamları daim ekranda olardı…
Təəssüf ki, qayıtmaq əhvalatı hələ həkimlərin rəyindən əvvəl ümümdünya diqqətin çevrilmişdi, amma həkimlərin rəyini aldıqdan sonra mən təəccübləndim ki, bəs niyə bu belə oldu? Aydındır ki, la əvvəldən ciddi şübhələr var idi və Mixaelin ətrafı bu barədə narahatlığını bildirmişdi, amma onun özü başqa fikirdə idi. Ona görə də həkimlərin qadağası onun üçün soyuq duşa çevrildi…
Onun gələcəkdə, Monsada və ya gələn mövsümdə Formula1-ə qayıtmaq fikirləri azehtimallıdır. Bu onun nəyinə gərəkdir, bu ona nə verəcək? Bəlkə o da Ləns Armstronq kimi düşünür – sürücülərin indiki nəsli çox zəifdir? İnanmıram. İtaliya mətbuatı yazır ki, Fernando Alonso Ferrari ilə müqavilə bağlayıb, ona görə də komandanın heyətində Montedzemolunun dediyi “təcrübəli çempion” olacaq. Bu yerdə suallar balayacaq – Skuderiyanın növbəti addımı nə olacaq?
Valensiyada onlar Luka Badoyeri yoxlayacaqlar, aydındır ki, bu müvəqqəti qərardır. Abu Dabidə Luka starta çıxacaqmı? İnanmıram, çox güman ki, yox…
Ferrari səhnə arxasında Kimi Rəykkönenlə danışıqlar aparırdı ki, finlandiyalı sürücü artıq gələn ildən yerini Alonsoya versin. Hələlik bu alınmayıb. Onda belə çıxır ki, gələn il üçün Ferrari-nin iki maşınına üç sürücüsü olacaq – Massa, Rəykkönen, Alonso. Amma ola bilər ki, Massanın zədələri onun heç gələn ildə çempionata qayıtmasına imkan verməsin, bu halda Maranelloda başa düşürlər ki, Alonso Rəykkönenin komanda yoldaşı ola bilər.
BMW-nin Formula1-dən getməsi Robert Kubitsanın Alonsonu Renault-da əvəz etməsinə imkan verəcək. İstisna deyil ki, polşalı sürücü ilin sonuna qədər Renault ilə razılaşacaq, onda hər iki komanda yerdə qalan yarışalrı gələn ilin sürücüləri ilə keçirə bilər. Keçmişdə belə hallar bir neçə dəfə olub.
Amma indi hər şey Massanın səhhətindən asılıdr və aydındır ki, Ferrari son ümid kəsilənədək gözləyəcək. Biz də Felipeyə uğurlar arzulayırıq və hadisələrin davamını maraqla izləyəcəyik…”