F-1.az xatırladır ki, Alfa Romeo fevralın 7-də C43-ü təqdim etmiş və real bolidini göstərən ilk komanda olmuşdu. Komanda təqdimatdan sonra bildirmişdi ki, yeni bolidini cümə günü trasa çıxaraca. Gözlənilən hal baş verib və Bottas C43-ü Barselonada trasa çıxarıb.
Onlar gün ərzində 100 km məsafə qət edə bilərlər. Günün ikinci yarısında sükan arxasına Çjou keçəcək.