Manor GP komandasının başçısı Con But bildirib ki, onun yeni komandası kifayət qədər maliyyə imkanına malikdir ki, Ferrari, McLaren, Brawn və Red Bull kimi komandalarla mübarizə apara bilsin. Amm o eyni zamanda Riçard Brənsonun Virgin şirkəti ilə iqtisadi əlaqələri şərh etməkdən imtina edib – yəni nə təsdiq edib, nə də təkzib…
Con But: “Komandanın maliyyələşməsi məsələsi hələ ərizə verməmişdən bir neçə ay əvvəl həll olunmuşdu. Virgin-lə əlaqə – şayiədən başqa bir şey deyil və mən bunu şərh etməyəcəm.
Hazırda biz ştatımızı daha 30 nəfər artırmışıq və Doninqtonda yeni zavod tikməyi planlaşdırırıq. 2012-ci ildə isə, yəni Formuıa1-də üçüncü mövsümdə artıq rəqabətədavamlı olacayıq. Əlbəttə, biz Brawn GP kimi debüt ilində uğur qazana bilmərik. Amma bir şey var ki, o komanda debütant olsa da, Ross Braun çoxdan Formula1-də ən qabaqcıl mütəxəssislərdən hesab olunur, həm də Brəklidə zəruri infrastruktur çoxdan qurulmuşdu. Bütün bunlara baxmayaraq, biz də uğur qazanmağa ümid edirik.”