F-1.az xatırladır ki, britaniyalı sürücü 2022-ci ildə Mercedes-də debüt etmiş və iki poul, bir qələbə qazanmaqla, komanda yoldaşı Lyuis Həmiltonu məğlub etmişdi.
Ceyms Vavls: “Corc bu il əla performans göstərdi. Dünyanın ən yaxşı sürücülərinə qarşı yarışır. İlin əvvəlində bolidimizi sürmək çətin idi və Lyuis bolidi təkmilləşdirmək üçün əlindən gələni etdi. Zəngin təcrübəsindən bizə kömək məqsədilə istifadə etdi.
Corc o dövrlərdə öyrənməkılə məşğul idi. Komandaya uyğunlaşdı və yaxşı nəticələr qazandı. Sıralanma turunda Lyuisə 0.1 saniyə uduzsa da, yarış tempində güclü idi. Əla iş gördü. Komandaya tez öyrəşdi”.