F-1.az xatırladır ki, Mercedes 2022-ci ildə Red Bull və Mercedes-in gerisində qalıb. “Gümüşü oxlar” bəzi yarışlarda güclü görünsələr də, bəzilərində Red Bull və Ferrari-dən dövr başına 1 saniyəyə qədər geri qalıblar.
Ceyms Vavls: “Hazırda W13-ü anlaya bilmirik və qış tətilindən sonra da anlaya bilməyəcəyik. Mövsüm ərzində enişli-çıxışlı anlarımız oldu. Bəzi şeyləri anladığımızı düşünsək də, sonra gördük ki, anlamamışıq.
Ancaq yarış tempində rəqiblərimizə yaxınlaşdıq. Bunu problemləri anlayanda və komanda kimi işləyəndə edə bilərsiniz”.